Bakıda marşrut avtobusu qəzaya uğrayıb - YENİLƏNİB

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib

Bakı Nəqliyyat Agentliyi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan verilən xəbərə görə, dekabrın 14-də saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol-nəqliyyat hadisəsi baş verib.

“KİA” markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub. 104 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı Nazim Qəhrəmanovun verdiyi məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Şahidlərin sözlərinə və ilkin araşdırmalara görə, hadisəyə səbəb “KİA” markalı minik avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub. (APA)

10:57

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az