Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib
  • Toplum
  • 16 Dekabr 2019 13:51
  •  1 597

Bakıda avtomobildən meyit tapılıb

Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib

Bakıda kişi meyiti tapılıb.

Hadisə Yasamal rayonunda qeydə alınıb. Gədəbəy rayon sakini, 1954-cü il təvəllüdlü Quliyev Məzahir Sarı oğlunun meyiti özünə məxsus avtomobildə aşkar edilib. Meyitin üzərində hər-hansı zorlakılıq əlamətləri aşkar edilməyib.

M. Quliyevin ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (apa)

AzNews.az