Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyyə olunub Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyyə olunub
  • Toplum
  • 26 Mart 2020 19:03
  •  2 949

Missiya.Az-ın əməkdaşları Bələdiyyənin təşəbbüsü ilə Binəqədi sakinlərinə yardım payladı

Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyyə olunub

Missiya.Az saytının təşkil etdiyi yardım aksiyası Binəqədi Qəsəbə Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində davam etdirilib.

AzNews.az xəbər verir ki, kampaniyanın üçüncü günündə qəsəbə Bələdiyyəsində əlil və aztəminatlı şəxslərə müxtəlif dezinfeksiya məhlulları və gigiyenik vasitələr paylanılıb.

Saytın əməkdaşları və qəsəbə Bələdiyyəsinin rəhbərliyi sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyyə olunub.

Yardım aksiyası koronavirusla mübarizə çərçivəsində təşkil olunan #evdəqal kampaniyasına dəstək məqsədilə həyata keçirilir.

Yardım aksiyasının üçüncü gününü əks etdirən fotoları təqdim edirik:

image description image description image description image description image description image description image description image description