"Azərbaycandan cəzaçəkmə müəssisələri koronavirusla bağlı təhlükəsiz zonalardan biridir"

Əhməd Abbasbəyli: "Koronavirusa qarşı Azərbaycan dövləti tərəfindən atılan addımlar böyük operativlik və uzaqgörənlikdir"

Hazırda Azərbaycanda koronavirusa qarşı mübarizə istiqamətində bütün qurumlarda önləyici tədbirlər həyata keçirilir. Bu işlərin görülməsinin əsas məqsədi insanları bu koronavirusa yoluxmaqdan qorumaqdır. Bu baxımdan ölkədəki cəzaçəkmə müəssisələrində də nəzarət gücləndirilib. Qeyd edək ki, bu proses başlanandan Ədliyyə Nazirliyi tərəfindən Monitorinq qrupu yaradılıb. Bura Ədliyyə Nazirliyinin rəhbər işçiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri də daxil edilib. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli də həmin Monitorinq qrupundadır.

AzNews.az bildirir ki, Əhməd Abbasbəyli koronavirusa qarşı cəzaçəkmə müəssisələrində görülən qabaqlayıcı işlərlə bağlı özəl olaraq “Palitra”ya məlumat verib.

“Tam məsuliyyətimlə bildirirəm ki, bəlkə də Azərbaycandan cəzaçəkmə müəssisələri koronavirusla bağlı ən təhlükəsiz zonalardan biridir. Məhkumların orada hər hansı virusa yoluxma ehtimalı sıfıra bərabərdir. Əgər, hər hansı məhkumun səhhətində mövsümün dəyişməsilə bağlı olaraq narahatçılıq yaranırsa, tibbi personal dərhal reaksiya verib müalicəsini edir. Yəni, cəzaçəkmə müəssisələrində koronavirusa qarşı bütün pereventiv tədbirlər yüksək səviyyədə həyata keçirilir”

O deyib ki, koronavirusa qarşı Azərbaycan dövləti tərəfindən atılan addımlar böyük operativlik və uzaqgörənlikdir: "Bu, əhaliyə Azərbaycan dövlətinin qayğısının nümunəsidir. Hazırda dövlət səviyyəsində koronavirusla bağlı daha çevik qabaqlayıcı tədbirlərin görülməsi, ölkə rəhbərliyinin bu prosesə daha həssas yanaşması yerli və beynəlxalq istimaiyyətə mesajdır. Fikrimcə, bu məsələlər daha da qabardılmalıdır".
Əhməd Abbasbəyli deyib ki, son dövürlər dünyada və ölkəmizdə baş verən proseslər KİV-də və sosial şəbəklərdə müxtəluf cür yozulur: "Məsələn bugünlərdə saytların birində oxudum ki, Nyu-York meri koronavirusla bağlı tədbirlər həyata keçirir, o cümlədən 300 nəfər məhkumun azadlığa buraxılması üçün təkliflə çıxış edib və tədricən bu məhkumların azadlığa çıxması təmin ediləcək. Amma biz koronavirusla bağlı Azərbaycanda bir gündə 200 nəfərin azadlığa çıxmasını gündəmə gətirmək istəmirik. Amma təəssüf ki, belə bir təcrübənin hələ koronavirusun yayılmaşından əvvəl də Azərbaycanda tətbiq edilməsini kimsə diqqətə çatdırmır. Hamının bildiyi kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında 5 nəfərdən ibarət Komissiya yaradılıb və onlardan biri də ictimaiyyət nümayəndəsidir. Bu, cəmiyyətə açıqlıq, şəffaflıq nümunəsidir. Komissiya məhkumların vaxtından əvvəl azadlığa buraxılması və cəzalarının yüngülləşdirilməsi məsələlərini araşdırır. Birbaşa məhkumların həmin Komissiyaya müraciət etməsi üçün şərait yaradılır və onlarla görüşlər keçirilir. Nəzərə almaq lazımdır ki, bu davamlı prosesdir. Sadəcə olaraq, koronavirusla bağlı olaraq bu sistem gücləndirilmiş iş rejiminə keçib. Yəni, biz daha çox insanı əhatə etməyə çalışırıq. Lakin bəzən belə müsbət addımlara sosial şəbəklərdə qısqanclıqla yanaşıldığını müşahidə edirik".

“Yalan məlumatları yayanlar nəzərə almalıdılar ki, bununla məhkumların valideynlərini narahat edirlər. Bütün əhalinin diqqətinə çatdırırıq ki, bu məsələ ilə bağlı heç bir narahatçılığa əsas yoxdur”

O, bildirib ki, sosial şəbəklərdə məhkumların koronavirusla bağlı mühafizəsi, onlar üçün müvafiq tədbirlərin görülüb-görülməməsi ilə bağlı qərəzli fikirlər yer alır: "Monitorinq qrupu məhz koronavirusla bağlı, məhkumların saxlanma şəraiti və qidalanması ilə ilə bağlı hər gün cəzaçəkmə müəssisələrində baxışlar keçirir. Koronavirisa qarşı bu tədbirlər tətbiq edilən andan cəzaçəkmə müəssisələri tam qapalı şəraitdə fəaliyyət göstərir. Monitorinq qrupunun üzvləri olaraq bizim özümüz də cəzaçəkmə müəssisələrinə gedərkən bütün strelizasiya prosesindən keçirik. Bütün bunlar da o deməkdir ki, cəzaçəkmə müəssisəsində hər hansı yoluxma qeyri-mümkündür. Ümumiyyətlə, koronavirusla bağlı hər hansı məlumatın, yoluxmanın gizlədilməsi cinayətdir. Bu mənada tam məsuliyyətimlə bildirirəm ki, bəlkə də Azərbaycandan cəzaçəkmə müəssisələri koronavirusla bağlı ən təhlükəsiz zonalardan biridir. Yəni, məhkumların orada hər hansı virusa yoluxma ehtimalı sıfıra bərabərdir. Əgər, hər hansı məhkumun səhhətində mövsümün dəyişməsilə bağlı olaraq narahatçılıq yaranırsa, tibbi personal dərhal reaksiya verib müalicəsini edir. Yəni, cəzaçəkmə müəssisələrində koronavirusa qarşı bütün pereventiv tədbirlər yüksək səviyyədə həyata keçirilir. Buna görə də sosial şəbəklərdə bu haqda yazılanlar həqiqətə uyğun deyil. Bu yalan məlumatları yayanlar nəzərə almalıdılar ki, bununla məhkumların valideynlərini narahat edirlər. Bütün əhalinin diqqətinə çatdırırıq ki, bu məsələ ilə bağlı heç bir narahatçılığa əsas yoxdur. Bu gün məhkumların koronavirusa yoluxmasl ilə bağlı hər hansı məlumat yayılıbsa, bu, tam yalandır. Qeyd etdiyim kimi, cəzaçəkmə müəssisələrində koronavirusa qarşı bütün qoruyucu tədbirlər görülür".