Onlayn rejimdə tələbələr dərslərdə öz qrup yoldaşları ilə birlikdə iştirak edirlər Onlayn rejimdə tələbələr dərslərdə öz qrup yoldaşları ilə birlikdə iştirak edirlər
  • Toplum
  • 6 Aprel 2020 14:59
  •  2 059

Azərbaycan Universitetində dərslər onlayn rejimdə davam edir

Onlayn rejimdə tələbələr dərslərdə öz qrup yoldaşları ilə birlikdə iştirak edirlər

Azərbaycan Universitetində dərslər bayram tətili və qeyri-iş günlərinin ardından bu gündən başlayaraq onlayn rejimdə davam edir. Dərslərin məsafədən təşklində “Microsoft Teams” platformasından istifadə olunur.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, onlayn rejimdə tələbələr dərslərdə öz qruplarında və öz qrup yoldaşları ilə birlikdə iştirak edirlər. Dərslər dərs cədvəlinə uyğun olaraq iki növbə üzrə və semestrin əvvəlində nəzərdə tutulmuş müəllimlər tərəfindən aparılır.

Bütün müəllim və tələbələrimizə uğurlar arzulayırıq!

Evdə qalaq, ama dərsdən qalmayaq!

Özümüzü, doğmalarımızı və yaxınıarımızı qoruyaq!