Fonda pul köçürən deputatların - SİYAHISI

Deputatlardan yalnız 16 nəfəri fiziki şəxs olaraq Fonda ianə edib

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir. Bu günə qədər fonda 109 milyon 933 min 401 manat vəsait daxil olub. İanələrin 20 milyon manatı Prezidentin Ehtiyat Fondu, yerdə qalanını isə 2610 hüquqi, 8169 fiziki şəxs edib.

AzNews.az bildirir ki, Yenisabah.az Fonda ianə edən fiziki şəxslər arasında deputatların olub-olmadığını araşdırıb. Bəlli olub ki, deputatlardan yalnız 16 nəfəri fiziki şəxs olaraq Fonda ianə edib. Həmin deputatların siyahısını və ianə etdikləri məbləğləri təqdim edirik:

İsa Həbibəyli - 1000 AZN

Ülvi Quliyev - 5000 AZN

Nigar Arpadarai - 300 AZN

Qüdrət Həsənquliyev - 500 AZN

Naqif Həmzəyev - 1000 AZN

Bəhruz Məhərrəmov - 1000 AZN

Ziyafət Əsgərov - 4000 AZN

Novruzəli Aslanov - 2000 AZN

Fatma Yıldırım - 1000 AZN

Zahid Oruc - 1000 AZN

Kamran Bayramov - 2800 AZN

Qənirə Paşayeva - 2800 AZN

Nizami Cəfərov - 3500 AZN

Azər Kərimli - 1000 AZN

Cavanşir Feyziyev - 20.000 AZN

Bəxtiyar Əliyev - 5000 AZN

Elşad Mirbəşiroğlu - 501 AZN

Məlumat üçün deyək ki, Milli Məclis 125 deputatdan ibarət olmalıdır. Lakin fevralın 9-da keçirilən növbədənkənar seçkilərdən sonra 4 dairənin nəticələri ləğv edilib. Bu baxımdan, hazırda parlamentdə 121 deputat təmsil olunur. Sıravi vətəndaşların belə, Fonda ianə etdikləri vaxtda 121 deputatdan yalnız 16 nəfərinin bu təşəbbüsə dəstək verməsi təəssüf doğurur. Millət vəkili olan bu şəxslər indiki ağır dönəmdə də öz statuslarını doğrultmasalar, nə zaman doğruldacaqlar? Bu sualın cavabı hələ ki, açıq qalır.

Yeri gəlmişkən, Milli Məclis hüquqi şəxs qismində Fonda 162 min 957 manat ianə edib. Lakin bunun deputatların fərdi təşəbbüsünə aiddiyyəti yoxdur.

Maraqlı məqamlardan biri də budur ki, bəzi deputatların özləri Fonda ianə etməsələr də, yaxınları bu təşəbbüsə dəstək veriblər. Məsələn, Fəzail Ağamalının qızı Günay Ağamalı Fonda 1000 AZN , Nəsib Məhəməliyevin qardaşı Yusif Məhələmiyev isə 5000 AZN ianə edib.