- Toplum
- 6 May 2020 12:31
- 2 719
Bu il tikiləcək DOST Mərkəzlərinin siyahısı açıqlandı
Mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq
"Yaxın günlərdə paytaxın Nizami rayonunda 3 saylı DOST mərkəzinin açılışı olacaq".
AzNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, bu il həmçinin Binəqədi rayonunda 4 saylı, Abşeron rayonunda 5 saylı, Sumqayıt şəhərində 6 saylı, Quba və Bərdə rayonlarında 7 və 8 saylı DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılacaq və mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq.