- Toplum
- 22 May 2020 18:00
- 2 413
Elm sahəsində çalışanlara Dövlət Mükafatı verildi
SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.
AzNews.az-ın məlumatına görə, sərəncama əsasən, 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilib:
Nazim Timur oğlu Məmmədov
İmaməddin Rəcəbəli oğlu Əmiraslanov
Nadir Allahverdi oğlu Abdullayev
Ziya Saxavəddin oğlu Əliyev.