- Toplum
- 29 May 2020 23:41
- 3 566
190 manat iyunda da veriləcək? - Açıqlama
190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi Operativ Qərargahda müzakirə olunacaq
Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Bu müddət ərzində 190 manatlıq ödənişin verilib-verilməməsi müzakirə olunur.
AzNews.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, 190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi Operativ Qərargahda müzakirə olunacaq:
"Müzakirələr nəticəsində müvafiq qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq".