• Toplum
  • 4 İyun 2020 17:25
  •  1 562

DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb

Görüş barədə

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin şəxsi heyət üzrə müavini Azad Ələkbərov və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Rasim Kazımov Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşüblər.

AzNews.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin və Respublika Hərbi Prokurorluğunun birgə məlumatında bildirilib.

Məlumata görə, A. Ələkbərov və R. Kazımov DSX-nın Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşləri zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.

Tədbirin sonunda Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə müşavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

image description