Nail Şirinov ona göstərilən diqqətə görə polislərə təşəkkürünü bildirib Nail Şirinov ona göstərilən diqqətə görə polislərə təşəkkürünü bildirib
  • Toplum
  • 7 İyun 2020 21:39
  •  2 476

Polis “102”-yə zəng edən ailəyə çörək alıb verdi

Nail Şirinov ona göstərilən diqqətə görə polislərə təşəkkürünü bildirib

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşın mənzilinə gedib və müraciət edən ailə çörəklə təmin olunub. Nail Şirinov ona göstərilən diqqətə görə polislərə təşəkkürünü bildirib.