• Toplum
  • 11 İyun 2020 17:45
  •  1 264

Operativ Qərargah məlumat yaydı - SON DƏQİQƏ

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib.