Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib
  • Toplum
  • 18 İyun 2020 21:37
  •  3 824

“Simptomları zəif olan xəstələr evdə müalicə ediləcək”

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib

"Artıq simptomları zəif olan xəstələrin evdə təcrid olunması prosesinə başlanılacaq".

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Bunun üçün" e-TEBİB" adlı mobil tətbiq də hazırlanıb. Bununla pozitiv nəticəsi olan xəstələrin evdə müalicə olunması davam edəcək, onlar tərəfimizdən müşahidə olunacaq. 12 saatdan bir onlarla əlaqə saxlanılacaq və vəziyyətə uyğun olaraq evdə qalmasına yaxud xəstəxanaya yerləşdirilməsinə qərar veriləcək".