45 nəfər süni tənəffüs cihazındadır. 45 nəfər süni tənəffüs cihazındadır.
  • Toplum
  • 1 İyul 2020 21:54
  •  4 005

Reanimasiyadakı xəstələrin sayı 200-ü keçdi

45 nəfər süni tənəffüs cihazındadır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 1-nə olan statistik göstəriciləri açıqlayıb.

AzNews.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 7831 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 202 nəfər reanimasiyada, 45 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6682 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 488 852 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 346 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.