“Karantin olmasaydı, bu gün yoluxma 2-3 dəfə çox olardı”

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib

“Azərbaycanda ilk gündən düzgün tətbiq edilən protokollara və həyata keçirilən tədbirlərə görə koronavirusa yoluxanlardan ölənlərin sayı 2 faizin altındadır”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, səhiyyə sistemi yüksək inkişaf etmiş ölkələrdə bu rəqəm 10-14 faiz arasında dəyişir: “Karantin rejiminin tətbiqi Azərbaycanda yoluxmanın sayının stabil qalmasına səbəb olub. Bu qaydalar olmasaydı, bu gün 2-3 dəfə çox ola bilərdi”.