Bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır Bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır
  • Toplum
  • 9 İyul 2020 23:54
  •  3 511

Kiyevdən 189 azərbaycanlı Bakıya gətirildi

Bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır

İyulun 9-da Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.

AZAL-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.