- Toplum
- 10 İyul 2020 23:32
- 3 354
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.
AzNews.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.