Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib
  • Toplum
  • 11 İyul 2020 12:34
  •  2 458

Prezidentdən Cahangir Əsgərovla bağlı sərəncam

Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Cahangir Əsgərovla bağlı sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycanda mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cahangir Əsgərovun bu gün 70 yaşı tamam olur.