Demək olar ki, sağalmamız yeni yoluxmanı ötüb Demək olar ki, sağalmamız yeni yoluxmanı ötüb
  • Toplum
  • 17 İyul 2020 22:05
  •  3 131

“Statistika bizə ümid verir”

Demək olar ki, sağalmamız yeni yoluxmanı ötüb

“Son günlərin statistikası bizə ümid verir”.

AzNews.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva AzTV-nin “Hədəf” verilişində deyib:

“Bugünkü rəqəmlərə baxsaq, yeni yoluxma sayımız 471, sağalma sayımız isə 549-dur. Demək olar ki, sağalmamız yeni yoluxmanı ötüb. Bu, çox gözəl göstəricidir.

Son günlər aparılan test sayını da artırmışıq. Əvvəllər ölkə üzrə 5-6 min test sayı deyirdiksə, artıq bu gün apardığımız test sayı 9 minə çatıb. 9 minin içində 471 pozitiv olması bizim üçün statisitk olaraq yaxşı göstəricidir”.