- Toplum
- 28 İyul 2020 11:50
- 2 792
Yeni Təhsil naziri kollektivə təqdim olunub

Şöbə müdiri Fərəh Əliyeva tərəfindən
Təhsil naziri Emin Əmrullayev kollektivə təqdim olunub.
Nazirlikdən mətbuata verilən məlumata görə, naziri kollektivə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.
Tədbirdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, Firudin Qurbanov, İdris İsayev və şöbə müdirləri iştirak edib.
Fərəh Əliyeva son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.
Emin Əmrullayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, təhsildə islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə olunması üçün əlindən gələni edəcəyini bildirib.
Xatırladaq ki, Emin Əmrullayev 27 iyul 2020-ci il tarixində Prezidentin Sərəncamı ilə Təhsil naziri təyin olunub.
AzNews.az
