İçməli suyun verilişində fasilələr yaranıb İçməli suyun verilişində fasilələr yaranıb
  • Toplum
  • 31 İyul 2020 12:10
  •  4 674

Bakının bu rayonlarında su fasilələrlə veriləcək

İçməli suyun verilişində fasilələr yaranıb

Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.

"Azərsu'" ASC-dən AzNews.az-a verilən məlumata görə, yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlərdən üzr istəyir. Hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.