“Bizi bəzən qınayırlar ki, insanları qorxuduruq”

"Vətəndaşlar yumşalmalardan sonra daha ciddi qorunmalı, qaydalara əməl etməlidirlər"

“Qarşıdan gələn günlərdə vətəndaşlardan xahiş edirik ki, qaydalara riayət etsinlər ki, tədricən yenə yumşalmalara gedək və normal həyatımıza qayıdaq”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, son günlər COVİD-19 virusundan sağalanların sayının artması və vəfat edənlərin sayının azalması həkimlərin əməyinin nəticəsidir:

"Bizi bəzən qınayırlar ki, insanları qorxuduruq. Amma biz dünyada baş verən prosesləri izləyirik və görürük ölkələrdə yoluxma azalsa da, payız, qış aylarına hazırlıq görürlər. Bu aylarda yoluxmanın artacağı ehtimal olunur. Biz də vəzifə borcumuzu yerinə yetirərək bu məlumatı sizə veririk. Vətəndaşlar yumşalmalardan sonra daha ciddi qorunmalı, qaydalara əməl etməlidirlər. Qarşıdan gələn günlərdə vətəndaşlardan xahiş edirik ki, qaydalara riayət edin ki, tədricən yenə yumşalmalara gedək və normal həyatımıza qayıdaq. Əks halda yoluxmaların sayı artacaq. Ümid edirəm ki, gələcək günlərdə sizə daha pozitiv xəbərlər verəcəyik".