İntiqam Talıbovun oğlu ağır qəza törətdi

Bakıdakı tanınmış restoran şəbəkəsinin sahibi

Sosial şəbəkələrdə və bəzi internet KİV-lərində “Azneft” dairəsində baş verən ağır yol hadisəsinin foto və videoları paylaşılıb. Ölkə.az-ın verdiyi məlumata görə, sözügedən ərazidə 44 BB 555 nömrəli “Galendewagen” avtomobili piyadanı vurub. Şahidlərinin məlumatına görə, xəsarət alan şəxs ağır yaralanıb. Hadisə yeri təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə, “Galendewagen” idarə edən sürücü qadın olub. Piyada isə “Wolt”un əməkdaşıdır.

Qəzanı törədən avtomobilin kimə məxsusluğu məlub olub. Aparılan araşdırmalardan sonra müəyyən etdik ki, Masallı rayonuna aid dövlət nömrə nişanı ilə idarə olunan avtomobil Rəşad Talıbov adlı şəxsə məxsusdur. Rəşad Talıbov Bakıdakı tanınmış restoranlar şəbəkələrindən birinin sahibi olan İntiqam Talıbovun oğludur. Hadisə zamanı Rəşad Talıbovun özünün də orda olduğu bildirilir. Hadisənin təfərrüatı, xüsusilə də avtomobilin kim tərəfindən idarə olunması ilə bağlı araşdırmalarımız davam edir. Qeyd edək ki, sözügedən avtomobilin məhz Rəşad Talıbov tərəfindən indiyə qədər idarə olunduğunu sübut edən kifayət qədər sosial şəbəkə paylaşımı mövcuddur. Həmin fotolardan birini təqdim edirik.

**************

Qəza törətdiyi iddia olunan Rəşad Talıbov bizimlə əlaqə saxlayıb, yayılan məlumata aydınlıq gətirib. Onun sözlərinə görə, məlumatı yayan ilkin mənbə yanlışlığa yol verib: “Mən həmin ərazidə yaşayıram. Evə gedəndə bir “mopetin” xanıma xəsarət yetirdiyinin şahidi oldum. Həmin xanımı tanıdım. Bizim qonşumuz olduğu üçün, avtomobili yolun kənarına çəkib, ona kömək etmək qərarına gəldim. Təcili yardım cağırdıq. Xəsarət alan xanımı götürüb apardılar. Mən də öz avtomobilimə minib oradan uzaqlaşdım. Qadın yüngül xəsarət almışdı. Aldığım məlumata görə qadına ilkin tibbi yardım göstəriləndən sonra, o, evə buraxılıb. Mən 102 qaynar xətti ilə əlaqə saxladım. Gedib Səbail polisində izahat verdim və bildirdim ki, yayılan yanlış məlumatlar məni narahat edir. Onlar dedilər ki, bu hadisə ilə bağlı sorğu olarsa, hadisənin mənim tərəfimdən törədilmədiyini deyəcəklər”.

Rəşad Talıbov bizə açıqlamasında sözügedən avtomobilin həqiqətən onların ailəsinə məxsusluğunu və restoran biznesinə aidiyyatları olduğunu təsdiqlədi: “Maşın mənim əmimin adınadır, mən etibarnamə ilə idarə edirəm. Restoranımız var, hazırda icraəyə vermişəm”.

Qeyd edək ki, biz məlumatı yayan ilkin mənbə olmamışıq. Yalnız xəbərə Rəşad Talıbovun kimliyi və nə işlə məşğul olduğu ilə bağlı şərh vermişik. Həmin şərhdə yazılanlar Rəşad Talıbovun özü tərəfindən də təsdiqini tapmış olur.