Dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub Dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub
  • Toplum
  • 22 Avqust 2020 14:21
  •  3 103

Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatıb

Dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub

Avqustun 22-si səhərədək bəzi şimal-qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, düşən yağışın miqdarı Balakəndə 20, Ceyrançöl, Qrız, Daşkəsən, Zaqatalada 1 mm olub.

Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ağstafada 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 28 m/s, Bakıda 27 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,8 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, aran rayonlarında 32-37, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub.