Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən bölgələrdən həftəsonu rayonlara ezamiyyət üçün gedən şəxslərə xəbərlıq edib Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən bölgələrdən həftəsonu rayonlara ezamiyyət üçün gedən şəxslərə xəbərlıq edib
  • Toplum
  • 28 Avqust 2020 18:41
  •  2 393

Jurnalistlər də postdan buraxılmayacaq? - Kamran Əliyevdən qəribə AÇIQLAMA

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən bölgələrdən həftəsonu rayonlara ezamiyyət üçün gedən şəxslərə xəbərlıq edib

DİN Baş DYP İdarəsinin xəbərdarlığında bildirilir ki, həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar. Qeyd edək ki, sərtləşdirilmiş xüsusi karantin Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonlarında qüvvədədir. DİN Baş DYP İdarəsininin qərarında müəyyən anlaşılmayan məqamlar var.

Məsələn, media şənbə-bazar günləri işləyir.

KİV əməkdaşı reportaj üçün hansısa rayona gedə bilərmi? Digər tərəfdən, postda duran DİN əməkdaşları hansı qurumun şənbə və bazar günü işləyib-işləmədiyini necə müəyyənləşdirəcək?

AzNews.az bildirir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə Cebhe.info-ya açıqlamasında KİV əməkdaşının əsaslandırılmış müraciəti və sənədi olarsa, postdan buraxılacağını deyib: “Mən görməmişəm ki, hansısa mətbuat orqanı şənbə-bazar günü nəsə reportaj etsin. Əgər bununla bağlı konkret gedəcəyi yer və əlində sənədi varsa, o halda buraxıla bilər, amma ailə üzvləri olmadan”.

İşləyib-işləməyən qurumların necə müəyyənləşdirilməsi məsələsinə gəlincə isə Kamran Əliyev bildirib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları ezamiyyət adı ilə şənbə-bazar istirahətə gedirlər: “Bir çox qurumlar var ki, şənbə və bazar günləri ümumiyyətlə, işləmirlər. Yəni o qurumlarının şənbə-bazar günləri hara getmələri maraqlıdır. Niyə məhz şənbə-bazar günləri gedirlər? Bu da onu göstəricisidir ki, fəaliyyətinə icazə verilən təşkilatlarda çox əməkdaş ezamiyyə adı ilə şənbə-bazar günləri yalnız istirahətə gedir”.