• Toplum
  • 31 Avqust 2020 12:45
  •  795

"Gələn aydan etibarən iqtisadi açılımın davam etməsi məqsədəuyğundur" - Deputat

Hər 100 manatlıq dəyərin 73 manatını yaradan 2 şəhər və 1 rayonda daha bir ay karantin qaydaları saxlanılacaq

"Xüsusi karantın rejimi sentyabrın 30-dək uzadıldı. Yoluxma hallarının yüksək olduğu qeyd olunan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bir sıra məhdudiyyətlər hələ davam edəcək. Ölkədə yaradılan 82 milyard 681 milyon manatlıq Ümumi Daxili Məhsulun 73 faizə qədəri karantın rejiminin davam edəcəyi Bakı, Sumayıt şəhərləri və Abşeron rayonun payına düşür".

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov karantin reiminin uzadılması haqda danışan zaman deyib.

Deputatın sözlərinə görə, hər 100 manatlıq dəyərin 73 manatını yaradan 2 şəhər və 1 rayonda daha bir ay karantin qaydaları saxlanılacaq: "Karantinin davam edəcəyi ərazilərdə 1.6 milyon nəfərlik muzdla çalışan vətəndaşlarımızın yarıdan çoxu fəaliyyət göstərir. Digər makro-iqtisadi göstəricilərdə də oxşar mənzərədir. Deməli, karantin ölkə iqtisadiyyatını daha çox formalaşdıran, iş yerlərini təmin edən ərazilərdə saxlanılıb. Bu isə o deməkdir ki, hətta karantin rejimi uzadılsa da belə gələn aydan etibarən iqtisadi açılımın davam etməsi məqsədəuyğundur. Söhbət iqtisadi dəyərin və eləcə də iş yerlərinin yenidən bərpasından gedir".

Səidə Vahid

AzNews.az