2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir 2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir
  • Toplum
  • 1 Sentyabr 2020 16:20
  •  3 656

Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub

2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, 2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, bu günə qədər isə ümumilikdə 928 666 test icra olunub.