Dəyişikliyə əsasən, qanunun bu maddəsi yeni redaksiyada verilir Dəyişikliyə əsasən, qanunun bu maddəsi yeni redaksiyada verilir
  • Toplum
  • 7 Sentyabr 2020 15:30
  •  2 862

Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir

Dəyişikliyə əsasən, qanunun bu maddəsi yeni redaksiyada verilir

Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir.

AzNews.az xəbər verir ki, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna (19.4-cü maddə) əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Dəyişikliyə əsasən, qanunun bu maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.

Digər yenilik isə odur ki, ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda təşkil oluna bilər.