Bakı metrosunun fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan bərpa ediləcək Bakı metrosunun fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan bərpa ediləcək
  • Toplum
  • 12 Sentyabr 2020 09:27
  •  3 803

İctimai nəqliyyat 2 gün işləməyəcək

Bakı metrosunun fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan bərpa ediləcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan bərpa ediləcək.