"“Şəbəkə əməliyyat sistemi”ndə də bu istiqamətdə sorğular müşahidə edilmir” "“Şəbəkə əməliyyat sistemi”ndə də bu istiqamətdə sorğular müşahidə edilmir”
  • Toplum
  • 16 Sentyabr 2020 19:05
  •  3 922

Nazirlikdən "internet" açıqlaması

"“Şəbəkə əməliyyat sistemi”ndə də bu istiqamətdə sorğular müşahidə edilmir”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakının bir sıra rayonlarında internetlə bağlı problem olmasına dair sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

AzNews.az-ın məlumatəna görə, nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, “Baktelecom” şəbəkəsi üzrə 24/7 rejimində fəaliyyət göstərən 155 “Çağrı Mərkəzi”nə kütləvi narazılıq fonunda müraciətlər daxil olmayıb: "Eyni zamanda yarana biləcək qəza halları və ya xətt zədələnmələri, eləcə də gün ərzində nasazlıq qeydə alınan şəbəkə barədə məlumatların daxil olduğu “Şəbəkə əməliyyat sistemi”ndə də bu istiqamətdə sorğular müşahidə edilmir”.