Məlumata əsasən hazırda ölkədə 1 917 nəfər aktiv koronavirus xəstəsi var Məlumata əsasən hazırda ölkədə 1 917 nəfər aktiv koronavirus xəstəsi var
  • Toplum
  • 17 Sentyabr 2020 20:23
  •  5 641

Reanimasiyadakı xəstələrlə bağlı statistika açıqlandı

Məlumata əsasən hazırda ölkədə 1 917 nəfər aktiv koronavirus xəstəsi var

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 17-nə olan statistik göstəriciləri açıqlayıb.

AzNews.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 917 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 112 nəfər reanimasiyada, 9 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 115 və 8 idi.

Ümumilikdə 38 777 nəfər virusa yoluxub, 36 289 nəfər sağalıb, 571 nəfər vəfat edib.

Bu gün 7 601 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 035 286 test aparılıb.

Qeyd edək ki, bu gün 119 koronavirusa yoluxma faktı qeydə alınıb, 140 nəfər sağalıb, 2 nəfər ölüb.