Qanunvericiliyə uyğun tədbirlər görülüb Qanunvericiliyə uyğun tədbirlər görülüb
  • Toplum
  • 18 Sentyabr 2020 13:30
  •  4 276

Karantin rejimini pozan restoran aşkarlanıb

Qanunvericiliyə uyğun tədbirlər görülüb

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, “102 Zəng Mərkəzi”nə daxil olan məlumat əsasında Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyü və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan 6 nəfər müəyyən olunaraq, müvafiq polis bölməsinə dəvət olunublar.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı və müştəriləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.