Qeydiyyat prosesinə avqustun 18-dən start verilib Qeydiyyat prosesinə avqustun 18-dən start verilib
  • Toplum
  • 24 Sentyabr 2020 12:30
  •  3 684

Bu gün məktəbəqədər hazırlıq qruplarına qeydiyyatın son günüdür

Qeydiyyat prosesinə avqustun 18-dən start verilib

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr saat 17:00-dək davam edəcək.

AzNews.az xəbər verir ki, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Səidə

AzNews.az