Portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib Portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib
  • Toplum
  • 24 Sentyabr 2020 19:05
  •  2 266

Elektron Su Portalı istifadəyə verilib

Portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib

Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək, vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılması məqsədilə “Azərsu” tərəfindən Elektron Su Portalı (http://e-su.az) istifadəyə verilib.

AzNews.az xəbər verir ki, sentyabrın 24-də portalın təqdimatı ilə bağlı keçirilən brifinqdə “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov bildirib ki, bu sistem kommunal sektorda ilk dəfədir tətbiq olunur. Portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib.

Portalda “Azərsu” ASC-nin tətbiq etdiyi bir çox elektron xidmətlər vahid platformada birləşdirilib. Bu sistem vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Portalda istifadəçilərə 5 abonent kodunu idarə etmək imkanı yaradılıb və vətəndaşlar həmin kodlara uyğun abonent məlumatlarını dərhal əldə edirlər. Burada içməli su və tullantı su xidmətlərinə görə formalaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür.

Qeyd edək ki, portalda vətəndaşlar üçün “online çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkandan yararlana bilər.