Türk polisindən Azərbaycana dəstək jesti

Bu gün sənə cəza yoxdur!

Azərbaycanın yanında olduğunu hər addımında biruzə verən Türkiyə son günlər cəbhədə gedən döyüşlərə də biganə qalmayıb istər sosial şəbəkələrdə, istərsə də orada yaşayan vətəndaşlarımıza olan münasibətlərində bunu sübut edir.

AzNews.az xəbər verir ki, hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Aytac Carçıyeva türk polisinin jesti ilə qarşılaşıb.

Yol hərəkəti qaydalarını pozan Aytac Carçıyeva türk polisi ilə olan dioloqunu “Facebook” sosial şəbəkə hesabında paylaşıb.

Jurnalist qeyd edib ki, onun azərbaycanlı olduğunu bilən polislər “Bu gün sənə cəza yoxdur! Cəzanı onlara(ermənilərə) ödədəcəyik!”-deyə bildiriblər.

Səidə

AzNews.az