Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib
  • Toplum
  • 3 Oktyabr 2020 00:23
  •  3 638

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.