Milli Məclisdə Milli Məclisdə
  • Toplum
  • 6 Oktyabr 2020 12:30
  •  4 516

Azərbaycanda iki yeni medal təsis edilib

Milli Məclisdə

Azərbaycanda iki yeni medal təsis edilib.

Məlumata görə, Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra hər iki qanun layihəsi təsdiq edilib. (Trend)

AzNews.az