Bu barədə Ombudsman Aparatından bildirilib Bu barədə Ombudsman Aparatından bildirilib
  • Toplum
  • 8 Oktyabr 2020 23:21
  •  3 299

Ombudsman beynəlxalq təşkilatlara hesabat göndərib

Bu barədə Ombudsman Aparatından bildirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə həyata keçirdiyi növbəti faktaraşdırıcı fəaliyyətinin nəticələrinə dair hesabat təqdim edib.

Bu barədə AzNews.az-a Ombudsman Aparatından bildirilib.

Sənəd Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı ikinci böyük şəhəri olan Gəncə şəhərində yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutmasınəticəsində törədilmiş dağıntılar və insan tələfatı ilə bağlı Ombudsmanın yerində araşdırmaları, yaralanmış, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşləri zamanı toplanmış məlumatlar əsasında hazırlanıb və 2020-ci il 4-6 oktyabr tarixlərini əhatə edir.

Hesabat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.