Bu barədə səfirliyin bəyanatında bildirilib Bu barədə səfirliyin bəyanatında bildirilib
  • Toplum
  • 17 Oktyabr 2020 22:32
  •  5 230

Ukrayna səfirliyi Gəncənin atəşə tutulmasını qınadı

Bu barədə səfirliyin bəyanatında bildirilib

"Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlak olmasına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır".

AzNews.az xəbər verir ki, bu barədə səfirliyin bəyanatında bildirilib.

"Mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır. Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik”, - qeyd olunub.