Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb
  • Toplum
  • 4 Dekabr 2020 21:23
  •  4 970

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb

Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.