• Toplum
  • 5 Dekabr 2020 16:32
  •  244

Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi uzadıldı

Müddət 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Nazirlər Kabinetindən AzNews.az-a daxil olan məlumata əsasən, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır.