Sənədlər 2021-ci ilin mart ayının 30-dək qəbul ediləcəkdir Sənədlər 2021-ci ilin mart ayının 30-dək qəbul ediləcəkdir
  • Toplum
  • 7 Dekabr 2020 10:30
  •  5 217

DSX-nin Akademiyasına qəbul elan edildi

Sənədlər 2021-ci ilin mart ayının 30-dək qəbul ediləcəkdir

Dövlət Sərhəd Xidməti (DSX) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edib.

DSX-nin Mətbuat Mərkəzindən AzNews.az-a bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaqdır.

Nami­zədlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • ərizə;
  • anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
  • tərcümeyi-hal;
  • özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
  • attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
  • orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;
  • yaşayış yerindən arayış;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
  • 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün –

  • 2021-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün –

  • DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər DSX-nin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxın­lıqda yerləşənhərbi hissələrinin kadrlar bölmələ­rinə təqdim edilməlidir.

Əlaqə nömrələri: 012–372–16–20 / 012-493-62-47

Sənədlər 2021-ci ilin mart ayının 30-dək qəbul ediləcəkdir.