• Toplum
  • 12 Dekabr 2020 13:32
  •  248

Sərt karantində it gəzdirmək olar?

Ev heyvanlarından itlərin gəzdirilməsi üçün əlavə icazə almağa ehtiyac yoxdur

Daxili İşlər Nazirliyi sərt karantin rejimi zamanı itlərin gəzdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

AzNews.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərt karantin rejimində vətəndaşların aldıqları icazə müddəti ərzində itlərini gəzdirməsinə icazə var:

“Ev heyvanlarından itlərin gəzdirilməsi üçün əlavə icazə almağa ehtiyac yoxdur. Ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsilə evdən çıxmaq icazəsi almış şəxslər üç saat müddətində həm də itlərini gəzdirə bilərlər”.