Kaspi Təhsil Şirkəti bu kimi xeyriyyə kampaniyalarında həmişə aktiv şəkildə iştirak edir Kaspi Təhsil Şirkəti bu kimi xeyriyyə kampaniyalarında həmişə aktiv şəkildə iştirak edir
  • Toplum
  • 17 Dekabr 2020 14:39
  •  3 761

Kaspi Təhsil Şirkəti “YAŞAT” Fonduna 10 000 manat ianə etdi

Kaspi Təhsil Şirkəti bu kimi xeyriyyə kampaniyalarında həmişə aktiv şəkildə iştirak edir

Kaspi Təhsil Şirkəti ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış "YAŞAT” Fonduna 10 000 (on min manat) ianə köçürüb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 08 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılan "YAŞAT” Fondu yaralananların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis edilib.

Kaspi Təhsil Şirkəti bu kimi xeyriyyə kampaniyalarında həmişə aktiv şəkildə iştirak edir. Belə ki, təhsil müəssisəsi Vətən Müharibəsi başlayanda ordumuzun müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 30 000 (otuz min manat) vəsait köçürərək həmrəyliyini bildirib. Ondan əvvəl isə COVİD-19 infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq və virusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini göstərərək ölkə rəhbərliyi tərəfindən təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 manat (on min manat) vəsait ianə edib.

Şirkətdən bildiriblər ki, göstərilən hər bir yardım Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin, ordumuzun daha da güclənməsinə, xalqımızın həmrəyliyinə, şəhid və qazilərimizin ailələrinə maddi və mənəvi dəstək olmağa xidmət edəcək.

AzNews.az