Vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir Vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir
  • Toplum
  • 23 Dekabr 2020 16:45
  •  4 044

Səfərbərliyə çağırılanlar nə zaman tərxis olunacaq? - Müdafiə Nazirliyi məlumat yaydı

Vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir

“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.

AzNews.az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda daha sonra qeyd olunur:
"Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir.

Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir".