2020-ci illə müqayisədə 3,1 faiz çoxdu 2020-ci illə müqayisədə 3,1 faiz çoxdu
  • Toplum
  • 25 Dekabr 2020 16:45
  •  3 377

MM yaşayış minimumunun 196 manata qədər artırılmasını I oxunuşda qəbul edib

2020-ci illə müqayisədə 3,1 faiz çoxdu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AzNews.az xəbər verir ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib.

Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.