Qoyulan qadağalar müsbət təsir edib Qoyulan qadağalar müsbət təsir edib
  • Toplum
  • 25 Dekabr 2020 18:43
  •  4 584

Nazirlikdən Babadağ açıqlaması

Qoyulan qadağalar müsbət təsir edib

“Pandemiya səbəbindən bütün dünyada bir sıra iri müəssisələrin çalışmaması ətraf-mühitə müsbət təsir göstərdi. Azərbaycanda da pandemiya dövründə qoyulan qadağalar, müəssisələrin çalışmaması ucbatından vəhşi heyvanların yaşayış yerlərinə yaxın gəlməsi, havanın təmiz olması ilə bağlı göstəricilərdə yaxşı mənada irəliləyişin olması qeydə alınıb”.

AzNews.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə feysbukda canlı yayım zamanı deyib.

“Bu günlərdə sosial şəbəkələrdə Bakı şəhərindən Babadağın görünməsiylə bağlı fotoşəkil yayılmışdı. Bu qəbulediləndir ki, qoyulan qadağalar müsbət təsir edib. Tezliklə pandemiya həyatımızdan çıxsın, amma müəssisələr öz işlərini elə qursunlar ki, bundan sonra da təbiətə ziyan vurulmasın”, - deyə xidmət rəisi bildirib.