Bu barədə Vəkillər Kollegiyası feysbukda məlumat paylaşıb Bu barədə Vəkillər Kollegiyası feysbukda məlumat paylaşıb
  • Toplum
  • 27 Dekabr 2020 14:48
  •  3 854

Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan öldü

Bu barədə Vəkillər Kollegiyası feysbukda məlumat paylaşıb

Vəkillər Kollegiyasının daha bir üzvü - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.

AzNews.az bildirir ki, bu barədə Vəkillər Kollegiyası feysbukda məlumat paylaşıb.

“Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir”, - paylaşımda deyilir.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!