- Toplum
- 28 Dekabr 2020 20:05
- 4 216
DGK “YAŞAT” Fonduna ianə etdi
Komitə əməkdaşları könüllü olaraq əmək haqlarından 580 min manat məbləğində pul vəsaiti köçürüblər
Dövlət Gömrük Komitəsi Azərbaycan Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) yardım edib.
AzNews.az xəbər verir ki, komitə əməkdaşları könüllü olaraq əmək haqlarından 580 min manat məbləğində pul vəsaiti köçürüblər.