Söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir Söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir
  • Toplum
  • 12 Yanvar 2021 23:05
  •  4 741

3 aydır itkin idi, şəhid xəbəri gəldi

Söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

AzNews.az-ın məlumatına görə, söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir.

18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı bəlli olub. Ailəsi onunla sonuncu dəfə 3 ay əvvəl danışmışdı. Şəhidimiz sabah doğulduğu Xaçmazın Çiləgir kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, İkram Məmmədov hərbi xidmətə 2020-ci ilin iyul ayında çağırılmışdı. O, Qazaxda N saylı hərbi hissənin əsgəri idi.

Xatırladaq ki, şəhidimizin adı ötən gün Müdafiə Nazirliyi tərəfindən yayılan itkin düşmüş hərbçilərimizin siyahısında şəkli olmadan verilmişdi.